Azərbaycanda keçmiş vəzifəli şəxs özünü asdı
15 avqust 2019 17:18 (UTC +04:00)

Azərbaycanda keçmiş vəzifəli şəxs özünü asdı

0
 
Qubada intihar hadisəsi baş verib.
 
APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayon sakini, 60 yaşlı Canpolad Abbasov özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
 
Faktla bağlı cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.  
 
Qeyd edək ki, C.Abbasov uzun müddət Qubada müxtəlif vəzifələrdə işləyib. O, bir müddət Quba rayon İcra Hakimiyyəti başçısının müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1380

Oxşar yazılar