Azərbaycanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-da Cəlilabad rayonunun Həziabad kəndində yaşayan Əhmədağa Paşayev həyətində üstünə daş hasarın aşması nəticəsində ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.