4 aprel
1922. Azərbaycan Kommunist Partiyası MK bütün kilsələrdə olan qiymətli əşyaların aclıq keçirənlərin xeyrinə müsadirə edilməsinə dair qərar qəbul edib
1928. Azərbaycan hökuməti Cəlil Məmmədquluzadəyə şəxsi təqaüd ayırıb
1947. Beynəlxalq Mülki Aviasiya təşkilatı fəaliyyətə başlayıb
1992. Azərbaycan Respublikası Rusiya ilə diplomatik əlaqələr qurub
2004. Azərbaycan və Kanada arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb
2006. Azərbaycan və Braziliya arasında ikitərəfli siyasi məsləhətləşmələrə dair Protokol və viza tələblərinin qismən aradan qaldırılması haqqında Saziş imzalanıb
2008. NATO-nun Buxarest Zirvə toplantısı başa çatıb. Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəklənib.