27 mart
1831. Mir Həsən xanın rəhbərlik etdiyi üsyançılar Lənkəranın ucqar hissələrini ələ keçirib.
1917. Bakıda Müsəlman İctimai təşkilatları Şurası və onun Müvəqqəti komitəsi təşkil edilib.
1918. 27 – 29 mart tarixlərində bolşevik daşnaq qüvvələri Şamaxıda soyqırımı törədib
1919. ADR parlamentinin qərarı ilə Gömrük İdarəsi yenidən təşkil edilib
1927. Bəstəkar Mstislav Rostropoviç Bakıda anadan olub
1941. Almaniyanın “Continental” Neft Cəmiyyətinə Bakıda neftin çıxarılması, emalı və daşınması ilə məşğul olacağı barədə göstəriş verilib. Hətta Azərbaycandakı iri sənaye müəssisələrinə "ali irqdən" rəhbərlər də təyin edilib (təbii ki, plan baş tutmayıb)
1957. Azərbaycan qadınlarının II qurultayı işə başlayıb
1978. Sovet İttifaqı vətəndaşlığından məhrum edildikdən sonra, Mstislav Rostropoviç SSRİ Bəstəkarlar İttifaqı üzvlüyündən də çıxarılıb
1986. Aktyor Səməndər Rzayev vəfat edib
1992. Azərbaycan Respublikası Misir, Kuba və Filippin ilə diplomatik əlaqələr qurub
1996. Azərbaycan və Rumıniya arasında hava əlaqələri haqqında Saziş imzalanıb
1997. Azərbaycan prezidenti Heydər Əliyev Ukraynanın ali mükafatı "Yaroslav Mudrı" ordeni ilə təltif edilib.