Azərbaycanda biznesmen ağzını tikdi <span style="color:red;">- 355 MİN MANATA GÖRƏ
18 may 2014 19:31 (UTC +04:00)

Azərbaycanda biznesmen ağzını tikdi - 355 MİN MANATA GÖRƏ

İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda yaşadığı mənzildə ağzını tikərək etiraz aksiyasına başlayıb. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, bu barədə E.Məmmədov özünün "facebook" səhifəsində məlumat paylaşıb.

E.Məmmədun xalası oğlu Nəsib Nəsibovun dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl tanınmış tikinti şirkətlərindən birindən 355 min manat ödəyərək iki mənzil alıb: "Amma bir müddət sonra məhkəmədə onun iştirakı olmadan evlərin tikintisi qadağan olunub. İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır", - deyə Nəsibov bildirib.

# 9933
avatar

Oxşar yazılar