Azərbaycanda bir neçə oğurluq hadisəsinin üstü açılıb
06 yanvar 2018 17:25 (UTC +04:00)

Azərbaycanda bir neçə oğurluq hadisəsinin üstü açılıb

Azərbaycanın bir sıra ərazilərində baş verən oğurluq hadisələrinin üstü açılıb. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən onların bir neçəsini təqdim edir:

 

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki mağazaların birindən 350 manat pul, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Faiq Muradov saxlanılıb.

 

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində 1 avtomobildən, 3 evdən məişət əşyaları və ərzaq məhsulları, 1 velosiped oğurlamaqda, habelə evlərdən birinin su mühərrikini elektrik enerjisi ilə təmin edən naqili kəsməkdə şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Pərviz Xankişiyev həbs edilib. Faktla bağlı araşdırmalar aparılır.

 

Oğurluq etdiyinə görə tutulan Zaur Suleykinin ətrafında Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun bir evdən 5000 ABŞ dolları, 3000 rubl və 84 manat,  daha bir evdən isə 400 manat pul və 600 manat dəyərində qızıl əşyaları oğurlaması da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15