Azərbaycanda 2 qadını vurub qaçdılar
28 oktyabr 2015 13:08 (UTC +04:00)

Azərbaycanda 2 qadını vurub qaçdılar

0

Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin məıtbuat xidmətyinə istinadən xəbər verir ki, oktyabrın 27-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində müəyyən edilməmiş avtomobillə, yolu keçən qəsəbə sakini Aynurə Əfəndiyeva vurulub. A.Əfəndiyevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Oxşar hadisə Şəmkir rayonunun Düyərli kəndində də eydə alınıb. Oktyabrın 27-də saat 19 radələrində Şəmkir rayonunun Düyərli kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Səidə Qurbanova vurulub və o, xəstəxanaya yerləşdirilib.

 

BDYPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar