Fevralın 10-da Azərbaycan yollarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verməyib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində 10 yol qəzası qeydə alınıb. Nəticədə 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bakı şəhərində bazar günü baş vermiş 2 yol qəzası nəticəsində 2 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 10-da ölkənin magistral və şose yollarında sıxlıq müşahidə olunub. Səbəb isə Azərbaycanın hər bir tərəfində yeni hərbi xidmətə başlayan əsgərlərin andiçmə mərasimləri olub.