Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub
21 may 2017 13:59 (UTC +04:00)

Azərbaycan vətəndaşının Ukraynaya girişinə qadağa qoyulub

0

Ukrayna Krıma qanunsuz səfərlə əlaqədar Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycanın vətəndaşı olan 9 nəfərin 3 il ərzində ölkəyə girişinə qadağa qoyub.

 

APA-nın məlumatına görə, bu barədə bu gün Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Beredyan sərhəd dəstəsi sərhəd nəzarəti zamanı üzə çıxarıb ki, Özbəkistanın 6, Qazaxıstanın 1, Qırğızıstanın 1 və Azərbaycanın 1 vətəndaşı Krıma fəaliyyətini dayandırmış sərhəd-keçid məntəqəsindən daxil olub, Krıma səfərlə bağlı xüsusi icazəyə malik olmayıblar. Həmin şəxslər sərhədi “Çonqar” sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 253

Oxşar yazılar