Azay Quliyev Ukrayna səfiri ilə görüşdü
12 fevral 2015 16:52 (UTC +04:00)

Azay Quliyev Ukrayna səfiri ilə görüşdü

 

Bu gün ATƏT Parlament Assambleyasının Büro üzvü, Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko ilə görüşüb.

 

 

Lent.az-ın məlumatına görə, millət vəkili Azay Quliyev Azərbaycan-Ukrayna münasibətlərinin zəngin tarixi ənənələrə, dostluq və qarşılıqlı hörmətə əsaslandığını deyib. ATƏT-in Komitə sədrinin müavini Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlarda birmənalı mövqe nümayiş etdirdiyini bildirib.

 

Məlumatda bildirilir ki, Azay Quliyev Ukraynanın şərqində baş verən hərbi əməliyyatlar nəticəsində çox sayda insanın həlak olmasından və minlərlə ukraynalının məcburi köçkünə çevrilməsindən ciddi  narahat olduğunu  və bu məsələnin ATƏT PA-nın 18-20 fervral tarixində Vyanada keçiriləcək qış sessiyasında müzakirə olunacağını qeyd edib.

 

Səfir Aleksandr Mişenko Ukraynanın  ATƏT PA çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etməsində və  hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi istiqamətində birgə fəaliyyətin əlaqədəndirilməsində maraqlı olduqlarını bildirib.

 

Səfir  ATƏT-ə üzvü olan hər iki ölkənin beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığının region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141

Oxşar yazılar