
Ölkəyə qanunsuz gətirilən mobil telefon və aksesuarlar aşkarlandı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, 99 ES 982 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.
Yoxlama zamanı qutuda 25 ədəd “Samsung Galaxy A20”, 25 ədəd “Redmi Note 7”, 10 ədəd “Redmi 7”, 9 ədəd “Redmi 7A”, 3 ədəd “Redmi Note 6 Pro”, 6 ədəd “Mi 8 Lite”, 4 ədəd “Mi A2 Lite”, 8 ədəd “Mi Play” markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

20 yaşlı gəlin toydan sonra infarktdan öldü
18 fevral 2025 , 14:31
Əməliyyat masasında xəstə ilə "bazarlıq" edən mühasibi işdən qovub tutdular
18 fevral 2025 , 13:47
Zaqatalada ağacları qırıb kömür düzəldənlər tutuldu
18 fevral 2025 , 13:18
Endoskopiya zamanı bağırsağı partlayan qadın öldü
18 fevral 2025 , 11:58Polşada azərbaycanlı sahibkar itkin düşdü
18 fevral 2025 , 11:45
Bakıda “Padişah” hamamında DƏHŞƏT: nəzarətçinin asılmış meyiti tapıldı
18 fevral 2025 , 10:52
Narkotacir cinayət işini müstəntiqin yanında YANDIRDI
18 fevral 2025 , 10:26