Qaçırdığı avtomobillə qəza törədən şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 12-də saat 12 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsindən qəsəbə sakini Samir Ağayevə məxsus “QAZel” markalı avtomobil qaçırılıb. BDYPİ əməkdaşları tərəfindən avtomobilin onun həmyerlisi Musa Əhmədov tərəfindən qaçırılması və idarə edərkən yol ayırıcısına vurması müəyyən edilib. M.Əhmədov saxlanılaraq Qaradağ RPİ 11-ci PB-yə təhvil verilib.
Araşdırma aparılır.