İyulun 7-də ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara və Kolumbiya xarici işlər naziri Maria Anxela Olqin Kueyar Azərbaycana rəsmi səfər edəcəklər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Leonid Kojaranın səfəri iyulun 8-ə, Maria Anxela Olqin Kueyarın səfəri isə iyulun 9-a qədər davam edəcək.
Leonid Kojara və Maria Anxela Olqin Kueyarın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.