AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi cəbhə bölgəsində olub
17 sentyabr 2015 12:54 (UTC +04:00)

AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi cəbhə bölgəsində olub

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolter cəbhə bölgəsində olub.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, R.Uolterin vəziyyətlə yerində tanış olmaq üçün naziirlik nümayəndələrinin müşayiətində helikopterlə cəbhə bölgəsinə aparılıb.


Səfər zamanı R.Uolter Bərdə, Tərtər, Ağdam bölgələrində olub, qoşunların təmas xəttində, ön səngərlərdə şəxsi heyətlə görüşüb, onların sosial-məişət problemləri ilə maraqlanıb və qarşı tərəfi vizual müşahidə edib.


Erməni silahlı bölmələri tərəfindən daima atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd sakinləri ilə görüşdə son günlər düşmən tərəfinin vəziyyəti daha da gərginləşdirərək minaatanlardan və iriçaplı silahlardan yaşayış məntəqələrini atəşə tutması faktı qonağın diqqətinə çatdırılıb. O da bildirilib ki, hətta bir neçə gün əvvəl kənddə keçirilən toy mərasiminin atəşə tutulması nəticəsində iki qadın və bir uşaq güllə yaraları alıblar. 

R.Uolter səfər zamanı əldə etdiyi məlumatlardan yararlanacağını bildirib və problemin beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində həll olunacağına əminliyini ifadə edib.

Müxtəlif istiqamətlərdə səngərlərdə döyüş tapşırığı yerinə yetirən hərbi qulluqçularla görüşlərdə isə qonaq əsgər və zabitləri dinləyib, onların suallarını cavablandırıb, eləcə də onun özünü maraqlandıran məsələlərə cavab tapıb. 

Bölgələrə səfəri başa çatdıqdan sonra R.Uolter Bakıya qayıdıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

Oxşar yazılar