Arvadını öldürüb meyitini maşına qoydu <span style="color:red;">– DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
01 may 2018 11:56 (UTC +04:00)

Arvadını öldürüb meyitini maşına qoydu – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Daxili İşlər Nazirliyi Samuxda törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, aprelin 30-da Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Kolayır kənd sakini Azadil Qəhrəmanova bir gün əvvəl axşam saatlarında qonşuluqda yaşayan bacısı Ləmanla əri, əvvəllər məhkum olunmuş Ağamir Səmədov arasında münaqişə olduğunu və bu səbəbdən bacısının evdən çıxıb getdiyini bildirib. Dərhal polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin gün A.Səmədovun yaşadığı evdə münaqişə zəminində arvadı Ləmanı döyərək qətlə yetirməsi, cəsədini isə “VAZ-21011” markalı avtomobildə Qırmızı Samux kəndinin meşə zolağına apararaq orada basdırması müəyyən edilib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

İstintaq və əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov tutulub.

 

L.Səmədovanın meyiti eksqumasiya edilib.

 

Araşdırma aparılır.

 

# 228
avatar

Oxşar yazılar