ANAMA avqustun 10-da Ağdam və Tərtər rayonlarında aşkar olunmuş, partlamamış Hərbi Sursatlar (PHS) haqqında ümumi məlumatı açıqlayıb.
Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün ərzində Ağdam rayonunun Zəngişalı kəndində – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların (top mərmiləri və 9M22U raketi – Qrad) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kv.m ərazi yoxlanılıb.
Tərtər rayonunun Şıxarx kəndində – 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.
.
Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 10 avqust 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.