Ağsaqqallar Şurasının  illik hesabat iclası keçirilib
14 fevral 2015 13:22 (UTC +04:00)

Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib

 Azərbaycan Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabat iclası keçirilib.

 

APA-nın məlumatına görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovçıxışında ölkədəki sabitlik və inkişafdan danışıb. O deyib ki, bu gün dünyanı iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda sabitlik mövcuddur və iqtisadi inkişaf davam edir: “Sosial, iqtisadi, elm, təhsil və ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi sahəsində ciddi uğurlar əldə olunub. Ölkəmizin hər yerində çox böyük işlər görülür, iqtisadiyyatımız inkişaf yolundadır. Biz artıq dünyanın ən böyük proyektlərinə nəinki qoşulur, hətta onlara rəhbərlik edirik”.

F. Heydərov bu il Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları və parlament seçkilərinin önəmini vurğulayaraq 2015-ci ilin işgüzarlıq baxımından gərgin il olacağını söyləyib. O, Ağsaqqallar Şurasının üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib: “Görəcəyimiz işlərin əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir. Hər şeydən əvvəl sabitlik lazımdır. Bəzi qüvvələrin bu şəraitdən istifadə edərək gənclərimiz arasında dövlətçilik əleyhinə təbliğat aparmasının qarşısını almaq üçün ağsaqqal sözünə həmişə ehtiyac var”.

F. Heydərov elm və ictimai-siyasi xadimlərin Ağsaqqallar Şurasına qoşulmasının sevindirici hal olduğunu deyib.
 

Sonra Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov 2014-cü ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib. O, Şura üzvlərinin ötən il Azərbaycanda keçirilən bələdiyyə seçkilərində fəal iştirak etdiklərini də diqqətə çatdırıb: “Ağsaqqallar Şurasının hər bir üzvü cəmiyyətin sağlam ruhda inkişafı, gənc nəslin yüksək vətənpərvərlik ruhunda böyüməsi üçün üzvlərinə düşən missiyanı bu gün də böyük səylə davam etdirir, inkişaf etməkdə və hərtərəfli zənginləşməkdə olan dövlətimizi hər zaman qorumağa, yaşatmağa və vətənimizin daha da çiçəklənməsinə çalışır”.
 

Şərqşünas alim, Şuranın İdarə Heyətinin üzvü Vasif Məmmədəliyev isə çıxışında bildirib ki, Ağsaqqallar Şurası prezidentin ətrafında sıx birləşib və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, Şuranın gördüyü işləri müsbət qiymətləndirərək, bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Şuranın yaradılmasını müdrik addım kimi qiymətləndirərək, bu fəaliyyətin artıq ölkə regionlarını əhatə etdiyini söyləyib.

 

Daha sonra Ağsaqqallar Şurasının digər üzvləri müəyyən təkliflərlə çıxış ediblər.
 

F. Heydərov iclasda qaldırılan təkliflərin həllinə çalışacaqlarını bildirib.

 

Sonda yubiley yaşı olan şura üzvlərinə hədiyyələr təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 148
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46