"Real" Madrid icarədə olan iki futbolçunu yayda geri qaytaracaq. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, həmin futbolçular "Porto"da oynayan mərkəz yarımmüdafiəçi Kazemiro və "Vilyarreal"da çıxış edən Denis Çerışevdi. Birinci mövsümün sonunda "Kral klubu"nu tərk edəcək Sami Hediraya alternativ olacaq, ikinci isə Beyl və Ronaldonun yoxluğunda meydana çıxacaq.
Qeyd edək ki, hər iki futbolçu 2014-cü ilin yayından icarədədi.