"Ford" maneəyə çırpıldı, sürücü öldü
08 iyul 2018 03:50 (UTC +04:00)

"Ford" maneəyə çırpıldı, sürücü öldü

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda "Ford" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb. Lent.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sürücü, 1988-ci il təvəllüdlü Alıyev Elnur Vidadi oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar