Qayınata 24 yaşlı kürəkənini qətlə yetirdi  - <span style="color:red;">YENİLƏNİB
09 aprel 2014 11:02 (UTC +04:00)

Qayınata 24 yaşlı kürəkənini qətlə yetirdi - YENİLƏNİB

Gəncə şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a bildirilib ki, Ağdaş sakini 1990-cı il təvəllüdlü Ağayev Araz Əliyusif oğlunu qayınatası,  1970-ci il təvəllüdlü Kərimov Ceyhun Knyaz oğlu bıçaqlayıb. Kürəkənini öldürən qayınata tutulub.

 

*****

 

09:51

 

Gəncə şəhərində daha bir qətl hadisəsi törədilib. Gəncə şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, aprelin 9-na keçən gecə saat 23 radələrində Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Ağayev Araz Əliyusif oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq 24 yaşlı şəxsin həyatını xilas etmək mümkün olmayıb.

A.Ağayevin kim tərəfindən, harada və hansı şəraitdə bıçaqlanması məlum deyil. Maraqlıdır ki, onu xəstəxanaya gətirən şəxs ağır vəziyyətdə olan yaralını xəstəxananın qarşısında düşürərək avtomobili ilə uzaqlaşıb.

 

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Qeyd edək ki, keçən həftə də Gəncədə 24 yaşlı oğlan qətlə yetirilmişdi.

# 3599
avatar

Nizam Rza

Oxşar yazılar