<span style="color:red;">İlham Əliyev:  “Xalqımız imkan verməz ki, Azərbaycanda ikinci erməni dövləti yaradılsın”
24 noyabr 2015 17:30 (UTC +04:00)

İlham Əliyev: “Xalqımız imkan verməz ki, Azərbaycanda ikinci erməni dövləti yaradılsın”

 “Azərbaycanda millətlər və dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Bu məsələdə dövlət siyasəti ilə ictimai dəstək vəhdət təşkil edir”.

 

APA-nın məlumatına görə, bunu bu gün V çağırış Milli Məclisin ilk sessiyasında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

 

Dövlət başçısı bildirib ki, V çağırış Milli Məclisin qarşısında yeni çağırışlar durur: “Hələ də problemlər var və əsas diqqət həmin problemlərin həllinə yönəlməlidir. Bu sırada ilk yeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi tutur. Ermənistan münaqişənin nizamlanmasında maraqlı deyil. Beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir, münaqişənin həlli ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul ediblər. Xalqımız imkan verməz ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılsın”.

 

Prezident İlham Əliyev deyib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik səmərə vermir: “Bununla belə, diplomatik və siyasi səylər davam etdiriləcək. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi vacibdir”.

 

Dövlət başçısı onu da qeyd edib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi prioritetdir: “Bu, ölkəmizin təhlükəsizliyi üçün vacibdir”.

 

# 226
avatar

Oxşar yazılar

Qadını küçədə öldürüb  intihara cəhd etdi

Qadını küçədə öldürüb intihara cəhd etdi

30 may 2024 , 12:26
Əli İnsanov məhkəməyə  müraciət etdi

Əli İnsanov məhkəməyə müraciət etdi

30 may 2024 , 12:04
Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

30 may 2024 , 10:37
Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

30 may 2024 , 10:15
Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

30 may 2024 , 09:31
Balakən meşələrində ƏMƏLİYYAT

Balakən meşələrində ƏMƏLİYYAT

30 may 2024 , 09:04
Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

30 may 2024 , 07:47
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

30 may 2024 , 01:18