DƏLƏDUZLUQ: Bakı sakininin külli miqdarda pulu əldə çıxdı
18 may 2014 19:06 (UTC +04:00)

DƏLƏDUZLUQ: Bakı sakininin külli miqdarda pulu əldə çıxdı

Bakıda vətəndaşın külli miqdarda pulunun mənimsənilməsi faktı ilə bağlı polisə məlumat daxil olub. Lent.az-ın məlumatına görə, bu barədə Səbail rayon Polis İdarəsinə 1967-ci il təvəllüdlü İsmayılov Füzuli Əfqan oğlu bildirib. Şikayətçi qeyd edib ki, bu ilin fevral ayında tanışı Musayev Elçin Leftanoviçə Badamdar qəsəbəsi, 3-cü massivdə 6 sot torpağın alınması məqsədi ilə xeyli pul verib. F.İsmayılov tanışına üst-üstə 35 min manata yaxın pul verib. Lakin E.Musayev tanışının etibarından sui istifadə edərək pulu mənimsəyib.

 

Hazırda müraciət əsasında araşdırmalar aparılır

# 2346
avatar

Nizam Rza

Oxşar yazılar