<b>İqdırda ölən azərbaycanlılardan daha birinin adı məlum oldu - <span style="color:red;">YENİLƏNİB </b>
20 fevral 2017 21:11 (UTC +04:00)

İqdırda ölən azərbaycanlılardan daha birinin adı məlum oldu - YENİLƏNİB

Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan daha birinin adı məlum olub

 

APA-nın əldə etdiyi məlumata görə, bu, Zivər Səfərovadır.

 

18:40

Naxçıvan-İqdır avtomobil yolunda baş vermiş qəza nəticəsində ölən azərbaycanlılardan ikisinin adı məlum olub.

 
APA-nın əldə etdiyi məlumata görə, bunlar Fərhad Fərhadlı və Süleyman Əliyevdir. 

14:23

"Son məlumata əsasən, İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən 8 nəfərdən təxminən 5-i Azərbaycan vətəndaşıdır".
 
Bunu APA-ya açıqlamasında Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.
 
Diplomat bildirib ki, hadisə nəticəsində 28 nəfər yaralanıb, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.
 

13:39

 

“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.

 

Bu barədə APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

 

***

 

12:50

 

İğdırda dəhşətli yol qəzası baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə İğdırdan Naxçıvana gedən yolda qeydə alınıb.

 

İki sərnişin avtobusu toqquşub. 7 nəfərin öldüyü, 28 nəfərin yaralandığı bildirlir. Hadisə yerinə çox sayda ambulans və xilasedici cəlb edilib.

 

Nəqliyyat vasitələrində sıxışıb qalan insanların olduğu qeyd edilir.

 

İğdır Dövlət Xəstəxanasından APA TV-yə verilən məlumata görə, ölən və yaralananlar arasında 6 Azərbaycan vətəndaşı var. Onlardan ikisi sürücülər, 4 nəfəri isə sərnişindir. Ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

APA Baycan

Oxşar yazılar