<span style="color:red;">Dəhşətli QƏTL:  15 gün əvvəl itkin düşən qadının Xızıda yandırılmış meyiti tapıldı
09 iyul 2015 13:53 (UTC +04:00)

Dəhşətli QƏTL: 15 gün əvvəl itkin düşən qadının Xızıda yandırılmış meyiti tapıldı

 

 

Xızı rayonunun ərazisində meyit tapılıb.

 

Xızı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyevanın yanmış cəsədi rayonun Yeni Yaşma qəsəbəsi ərazisində aşkar edilib.

 

Meyitə ilkin baxış zamanı N. Əliyevanın qətlə yetirildiyi məlum olub.

 

Polisdən N. Əliyevanın bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə ərizə daxil olduğu bildirilib.

 

Qeyd edək ki, N. Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib, üç övladı var.

 

Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar