Zabratda 2 nəfəri güllələyənin kimliyi məlum olub - <span style="color:red;">YENİLƏNİB
24 mart 2014 12:50 (UTC +04:00)

Zabratda 2 nəfəri güllələyənin kimliyi məlum olub - YENİLƏNİB

 Bakının Zabrat qəsəbəsində iki nəfəri güllələyən şəxsin kimliyi açıqlanıb.

Sabunçu Rayon Polis İdarəsindənAPA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Zabrat qəsəbəsində, 307 saylı orta məktəbin qarşısında ov tüfəngi ilə 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayevi öldürən və 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyevi isə yaralayan şəxsin Kamil Fərəcov olduğu dəqiqləşib.

 

Hazırda polis onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən K. Fərəcov qətlə yetirdiyi Y. Musayevin atası Rabil Musayev tərəfindən iki il əvvəl bıçaqlanıb. Həmin hadisədə R. Musayev K. Fərəcovun qardaşı Rafael Fərəcovu boğazını kəsərək öldürüb. K. Fərəcov da qisas almaq məqsədi ilə R. Musayevin oğlunu qətlə yetirib.

 

 

 

***

 

saat 12.42

 

Bakı. Hafiz Heydərov – APA. Bakıda baş verən atışmada ölən və yaralanan şəxslərin adı açıqlanıb.

 

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, güllələnənlərdən 1994-cü il təvəllüdlü Yaqub Rabil oğlu Musayev hadisə yerində keçinib.

 

Onun qohumu, 1991-ci il təvəllüdlü Pərvin Cahid oğlu Mehdiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən şəxsin kimliyi isə hələlik bilinmir.

 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Hadisə şahidləri isə APA-ya bildiriblər ki, hadisə qisas zəminində törədilib. Belə ki, qətlə yetirilən Y. Musayevin atası Rabil Musayev iki il əvvəl hadisəni törədən şəxsin qohumunu qətlə yetiribmiş. Həmin şəxs də qisas almaq məqsədi ilə bu addımı atıb.

 

Xatırladaq ki, R. Musayevin iki il əvvəl qətl törətməsi barədə APA məlumat yayıb. Həmin məlumatda bildirilir ki, 2012-ci il yanvarın 6-da axşam saatlarında Zabrat qəsəbəsində Rabil Musayev adlı şəxslə onun tanışları - Rafael və Kamil Fərəcov qardaşları arasında münaqişə düşüb. Hadisə nəticəsində R. Musayev bıçaqla hər iki şəxsi bıçaqlayıb. R. Fərəcov ölüb, K. Fərəcov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən şəxs saxlanıb.

 

 

***

 

saat 11.56

 

Bakı. Hafiz Heydərov – APA. Bakıda silahlı insident olub.

 

Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 11.30 radələrində Zabrat qəsəbəsi, 307 saylı orta məktəbin qarşısında qeydə alınıb.

 

Bir nəfər naməlum şəxs iki kişini güllələyib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə olunur.

 

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər.

 

Bildirilib ki, güllələnən şəxslərdən biri hadisə yerindəcə keçinib. Digəri isə ağır vəziyyətdə xəstəxanaya aparılır. Hazırda onların adı dəqiqləşdirilir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10395
avatar

Oxşar yazılar