<span style="color:red;">BAKIDA AĞIR QƏZA:  19 yaşlı qız öldü, yaralılar var
30 oktyabr 2017 11:44 (UTC +04:00)

BAKIDA AĞIR QƏZA: 19 yaşlı qız öldü, yaralılar var

 

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 28-də saat 17 radələrində Suraxanı rayonunun Suraxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Hidayət Kərimovun idarə etdiyi “Opel” və Valeh Əsgərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşduqdan sonra aşıb. Nəticədə V.Əsgərovun sərnişinləri - paytaxt sakinləri Tahirə Zöhrabova hadisə yerində ölüb, 5 sərnişini, habelə H.Kərimov xəstəxanaya yerləşdiriliblər. Onlardan 3-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyəti qənaətbəxşdir.

 

Suraxanı RPİ tərəfindən araşdırma aparılır. 

 

 

******

 

29 oktyabr 10:10

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az xəbər verir ki, Suraxanı qəsəbəsində "Opel" və "Nissan" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Opel"də olan sərnişinlərdən 1998-ci il təvəllüdlü Zöhrabova Tahirə Vidadi qızı aldığı xəsarətlərdən vəfat edib. Hər iki sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində cinayət işi başlanılıb. Qəzanın səsəbi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar