Bakıda avtomobilləri qarət edən iki xalaoğlu tutuldu
26 sentyabr 2015 11:59 (UTC +04:00)

Bakıda avtomobilləri qarət edən iki xalaoğlu tutuldu

0

Bakıda avtomobilləri qarət edən qrup üzvləri tutulub.

 

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 15-dən çox avtomobili qarət etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1961-ci il təvəllüdlü Ramiz Rəhmət oğlu Cavadov və onun xalası oğlu, 1987-ci il təvəllüdlü Təbriz Qələndər oğlu Həsənov tutulublar.

 

Hazırda polis tutulan şəxslərin digər cinayətlərinin olub-olmadığını araşdırır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar