Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürüşmə təhlükəsi sovuşmaq üzrədir.
Bu barədə Lent.az-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyevin sözlərinə görə, hazırda həmin ərazidə təmir-bərpa işləri davam etdirilir: “Çatlarda genişlənmə, yenidən sürüşmə müşahidə olunmayıb. Artıq bir neçə gündür ki, həmin ərazidə sabitlikdir. Bərpa işləri aparılır. Ərazi FHN-nin nəzarəti altındadır”.