Tanışına balta atıb yaralayan şəxsə <span style="color:red;">AĞIR CƏZA
09 mart 2017 13:49 (UTC +04:00)

Tanışına balta atıb yaralayan şəxsə AĞIR CƏZA

Şamaxıda tanışının üstünə balta ataraq yaralamaqda təqsirləndirilən 1990-cu il təvəllüdlü Hümbət Zeynalovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, H.Zeynalova verilən ittihamın tam olaraq məhkəmə dövründə sübuta yetirildiyini bildirib və onun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxış edərək bildirib ki, hadisə zamanı heç kəsi vurmaq istəməyib:

 

"Baltanı atanda yerə dəydi və istiqamət dəyişib, Abidi yaraladı. Niyyətim onu balta ilə vurmaq olmayıb. Ona görə yüngül cəza verilməsini xahiş edib". Hakimlər kollegiyasının hökmü ilə H. Zeynalov 6 il müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il Şamaxı rayonunda H.Zeynalov mübahisə zəminində tanışı Abid Sultanovu balta ilə vurub. Xəstəxanaya aparılan yaralının həyatını xilas etmək mümkün olub. Sonra H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. H.Zeynalov Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Səlcuq Elçin

Oxşar yazılar