Bakıda prokurorluq əməkdaşı niyə öldü?  - YENİLƏNİB
03 dekabr 2016 10:44 (UTC +04:00)

Bakıda prokurorluq əməkdaşı niyə öldü? - YENİLƏNİB

0

Bakı şəhər Səbail rayon Prokurorluğunun əməkdaşı, prokuror köməkçisi Vahid Məmmədovun ölüm səbəbi dəqiqləşib. Lent.az-ın məlumatına görə, V.Məmmədov Kliniki Tibbi Mərkəzdə böyrək çatışmazlığından vəfat edib. Belə ki, 58 yaşlı V. Məmmədov uzun illər imiş şəkər xəstəliyindən əziyyət çəkirmiş. Bu xəstəlik onda sinir problemləri, böyrək çatışmazlığı kimi fəsadlar yaradıb. İki gün əvvəl isə onun böyrəkləri fəaliyyətini tamamilə dayandırıb və təcili olaraq xəstəxanaya gətirilib. Kliniki Tibbi Mərkəzə gətirilərkən koma vəziyyətində olan V.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

 

V.Məmmədov Bakıxanov qəsəbəsindəki məzarlıqda dəfn edilib. Onun iki övladı qalıb.

 

 

Allah rəhmət eləsin.

 

 

*****

 

 

9:44

 

 

Azərbaycanın prokurorluq orqanlarının yüksək vəzifəli əməkdaşı vəfat edib.
 
 
APA-nın məlumatına görə, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Vahid Məmmədov dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar