[b]NİDA-çı gəncin cəzası azaldıldı[/b]
29 noyabr 2017 15:47 (UTC +04:00)

[b]NİDA-çı gəncin cəzası azaldıldı[/b]

0

Ali Məhkəmədə “NİDA” hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə onun ittiham olunduğu 234.4.3-cü maddəni 234.1-ci maddəyə tövsif edib, cəzası üç ilə endirilib.

 

E. Qəhrəman 12 avqust 2016-cı il tarixində böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib. 2017-ci il yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

 

Mayın 18-də Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar