![[b]NATO qüvvələrinə qarşı döyüşən azərbaycanlı AXTARILIR[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]NATO qüvvələrinə qarşı döyüşən azərbaycanlı AXTARILIR[/b]
Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A. Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub. Kikboksinq idmanı üzrə dünya çempionu olan A. Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb. Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb.
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32
Tanınmış aktrisanın evdə çürümüş meyiti tapıldı - 20 gün əvvəl ölübmüş
9 iyul 2025 , 13:45