<b>İlhamə Quliyevanın köməkçisinə bəraət istənildi -<span style="color:red;"> MƏHKƏMƏDƏ </b>
27 dekabr 2016 16:32 (UTC +04:00)

İlhamə Quliyevanın köməkçisinə bəraət istənildi - MƏHKƏMƏDƏ

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə bəraət istəyib: Hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır”.

 

Xatırladaq ki, prokuror M.Hüseynovanın 8 il müddətinə həbs edilməsini istəyib. 

Proses dekabrın 30-da davam etdiriləcək.

 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

 

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib..

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 78
avatar

Səlcuq Elçin

Oxşar yazılar