[b]Əli İnsanovun şikayəti təmin edilməyib[/b]
09 iyun 2016 19:06 (UTC +04:00)

[b]Əli İnsanovun şikayəti təmin edilməyib[/b]

Bu gün Ali Məhkəmədə keçmiş səhiyyə naziri, hazırda həbsdə olan Əli İnsanovun kassasiya şikayətinə baxılıb.

 

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

 

İclasda iştirak edən Ə. İnsanov bildirib ki, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

 

Qeyd edək ki, Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs olunub və 11 il azadlıqdan məhrum edilib. Avropa Məhkəməsi 2013-cü ildə keçmiş nazirin şikayətinə baxıb. Məhkəmə qərarına əsasən, Ə. İnsanova münasibətdə Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ) maddələri pozulub. Avropa Məhkəməsinin həmin qərarı əsasında Azərbaycan Ali Məhkəməsinin Plenumu 2013-cü ilin noyabrında Əli İnsanovun işinə yenidən baxıb. Əvvəlki qərar ləğv olunub və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Lakin məhkəmə Əli İnsanov barədə hökmü qüvvədə saxlayıb. Bundan sonra ötən ilin mayında Ə. İnsanovun vəkilləri həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər.

# 157
avatar

APA Baycan

Oxşar yazılar

Gəncədə bazarda yanğın oldu

Gəncədə bazarda yanğın oldu

14 aprel 2024 , 10:56
Biznesmenin yarım milyardı  oğurlandı

Biznesmenin yarım milyardı oğurlandı

13 aprel 2024 , 19:00
Polis rəisinin müavini  rüşvətə görə tutuldu

Polis rəisinin müavini rüşvətə görə tutuldu

13 aprel 2024 , 18:40
Bakıda gənc oğlan sübh tezdən özünü asdı

Bakıda gənc oğlan sübh tezdən özünü asdı

13 aprel 2024 , 18:24
Bakıda maşın bazarında 4 mağaza YANDI   -  YENİLƏNİB  - VİDEO

Bakıda maşın bazarında 4 mağaza YANDI - YENİLƏNİB - VİDEO

13 aprel 2024 , 16:23
Bakının mərkəzində kafedən oğurluq edilib

Bakının mərkəzində kafedən oğurluq edilib

13 aprel 2024 , 13:33
Gəncədə DƏHŞƏT:  evdə diri-diri yandı -  YENİLƏNİB

Gəncədə DƏHŞƏT: evdə diri-diri yandı - YENİLƏNİB

13 aprel 2024 , 12:39
Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü

Bakıda motosiklet ağaca çırpıldı, sürücü öldü

13 aprel 2024 , 12:02