Ötən gecə Bakı bulvarında intihar edən şəxsin kimliyi müəyyənləşdirilib. Lent.az xəbər verir ki, saat 21:50-də Səbail rayonu Neftçilər prospekti 56 ünvanının qarşısında - Dənizkənarı Bulvar ərazisində özünü dəniz sularına ataraq intihar edən şəxsin Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini, 1955-ci ildə Lənkəran şəhərində anadan olan Hüseynov Maarif Əli oğlu olması müəyyən edilib.
Onun hansı səbəbdən həyatına son qoyması məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
*****
23:44
Dənizkənarı Milli Parkda intihar hadisəsi olub.
Lent.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şəxsiyyəti hələ ki, məlum olmayan 55-60 yaşlı bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.
Ətrafa xeyli insan yığılsa da, boğulan kişini xilas etmək üçün suya atılan tapılmayıb. Daha sonra FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.