[b]Bakıda narkotikə görə həbs edilən erməninin məhkəməsi başlayıb[/b]
26 aprel 2017 12:17 (UTC +04:00)

[b]Bakıda narkotikə görə həbs edilən erməninin məhkəməsi başlayıb[/b]

 

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə başlayıb.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən proses qapalı baş tutub. Media nümayəndələri zala buraxılmayıb.  Məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Ueldanov özünü təqsirli bilməyib.

 

O məhkəmədə sərbəst ifadəsi zamanı ittihamları qəbul etməyib. Həmçinin qeyd edib ki, narkotik istifadəçəsi deyil.

 

Məhkəmə zamanı 5  nəfər şahid dindirilib. 

 

 

Şahid qismində dindirilən Nicat Həsənov qeyd edib ki, Marat Ueldanovla birgə  "Bulvar Otel"də birgə işləyib: "Marat tez-tez mənə narkotik maddəni istifadə etməyə təklif edib. Deyirdi ki, lazım olsa, təşkil etsin. Mən də ona dedim ki, bunun bizim ölkədə istifadəsi qadağandır".

 

Məhkəmə prosesi aprelin 28-da keçiriləcək.

 

Qeyd edək ki, keçən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı Marat Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M. Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb. Bacısının dediyinə görə, Marat həyat yoldaşının soyadını götürüb: “Onun əsl soyadı Qalustyan olub. Bakıda guya o, erməni olduğuna və Ermənistana casusluq etdiyinə görə həbs edilib”.

 

Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitə) maddəsi ilə ittihamı verilib. 

# 78
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda 68 yaşlı kişi itkin düşüb

Bakıda 68 yaşlı kişi itkin düşüb

4 mart 2024 , 21:50
"Neftçi"nin bazasına  hücum edənlər   saxlanıldı

"Neftçi"nin bazasına hücum edənlər saxlanıldı

4 mart 2024 , 19:25
15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin  ürəyinə sancdı

15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin ürəyinə sancdı

4 mart 2024 , 19:09
Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12