Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən kriminal aləmdə "Astaralı Fuad" kimi tanınan Fuad Əsgərov barəsində olan hökmlə bağlı Ali Məhkəməyə müraciət edib.
Lent.az-ın məlumatına görə, “Astaralı Fuad”ın vəkili Ülkər Yusifova kassasiya şikayəti verib.
Şikayət hakim Gülzar Rzayevanın icraatına verilib. Proses aprelin 16-da keçiriləcək.
Şikayətdə “Fuad Astaralı” barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Qeyd edək ki, hadisə 2016-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Əsgərov (Astaralı Fuad) 8 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində “Astaralı Fuad”ın cəzası 2 il artırılıb.