[b]Arvadının təhsil haqqını ödəmək üçün soyğunçuluq edənə 7 İL HƏBS[/b]
12 iyun 2017 12:33 (UTC +04:00)

[b]Arvadının təhsil haqqını ödəmək üçün soyğunçuluq edənə 7 İL HƏBS[/b]

Həyat yoldaşının təhsil haqqını ödəmək üçün soyğunçuluqda təqsirləndirilən Azər Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə A. Təhməzov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, A.Təhməzov özgənin əmlakını talamaq məqsədilə ötən ilin dekabr ayında Firəngiz Hüseynovaya, Sevda İsmayılovaya, Gülnaz İsayevaya və Esmiralda Həsənovaya qarşı soyğunçuluq edib. Təqsirləndirilən A.Təhməzov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. İfadəsində maddi vəziyyətinin pis olduğunu, həyat yoldaşı Aytac Musayevanın oxuduğu Sumqayıt Dövlət Universitetinin illik təhsil haqqını ödəyə bilmədiyini, pulu ödəmək üçün cinayətə əl atdığını deyib. O bildirib ki, cinayətə onun həyat yoldaşı və qayınanası vadar edib. Şahid qismində dindirilən A.Musayeva ifadəsində Sumqayıt Dövlət Universitetində təhsil aldığını, təqsirləndirilən A.Təhməzovla 2015-ci ildə tanış olduğunu göstərib:

 

“Azər mikroavtobuslarda pul yığan işləyirdi. Ötən ilin yanvar ayında toyumuz oldu. Toydan sonra müxtəlif ünvanlarda kirayə yaşadıq. Dolanışığımız zəif olduğuna görə daim valideynlərim köməklik edirdilər. Azərin mənim və valideynlərim barədə Bakı İstintaq Təcridxanasında yazdığı ərizə ilə tanış olduq. Orada yazılanlar hamısı yalandır. Nə mən, nə də valideynlərim Azəri cinayət törətməyə vadar etməmişik. Ona pulu ödəmədiyi təqdirdə atamın bizi ayıracağını deməmişik”. Təhməzov məhkəmədə istintaqda verdiyi ifadəni təsdiqləyib.

# 111
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qadını küçədə öldürüb  intihara cəhd etdi

Qadını küçədə öldürüb intihara cəhd etdi

30 may 2024 , 12:26
Əli İnsanov məhkəməyə  müraciət etdi

Əli İnsanov məhkəməyə müraciət etdi

30 may 2024 , 12:04
Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

Zaqatalada 37 yaşlı qadın YOXA ÇIXDI

30 may 2024 , 10:37
Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

30 may 2024 , 10:15
Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

Abşeronda dərsə gedən məktəbli qız YOXA ÇIXDI

30 may 2024 , 09:31
Balakən meşələrində ƏMƏLİYYAT

Balakən meşələrində ƏMƏLİYYAT

30 may 2024 , 09:04
Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

Şəmkirdə qadının telefonunu oğurlayan şəxs tutuldu

30 may 2024 , 07:47
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürdü

30 may 2024 , 01:18