![[b]"Formula 1" pilotlarının avtoqraf sessiyası keçirildi[/b]](https://lent.az/storage/news/2019/april/26/big/17b248ef78e622afa6c851600e1bfcd8.jpg)
[b]"Formula 1" pilotlarının avtoqraf sessiyası keçirildi[/b]
Bakıda Formula 1 pilotlarının avtoqraf sessiyası keçirilib.
Sessiya Dənizkənarı Milli Parkda fan-zonada baş tutub.
İlk sessiyada “Red Bull Racing”, “Ferrari” və “Renault” komandalarının pilotları azarkeşlərlə görüşüb və avtoqraf veriblər.
Növbəti avtoqraf sessiyalar aprelin 27-si və 28-də baş tutacaq. Aprelin 27-də “Racing Point”, “Alfa Romeo” və “Mercedes”, aprelin 28-də isə “Williams, “McLaren”, “Haas F1” və “Toro Rosso” komandalarının pilotları avtoqraf sessiyaları keçirəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
(Trend)
Oxşar yazılar

Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29
Şəkidə 53 yaşlı kişinin meyiti tapıldı
4 iyul 2025 , 09:53
İnterpol Elçin Təhməzovu Bosniyada tutdu
4 iyul 2025 , 09:31
20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18