[b]""Moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?" - Generalın məhkəməsində dava[/b]
03 noyabr 2017 13:29 (UTC +04:00)

[b]""Moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?" - Generalın məhkəməsində dava[/b]

 

 

 

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

 

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində ləğv edilən MTN-in Binəqədi Rayon Şöbəsinin sabiq rəisi Rafiq Səfərov zərərçəkmiş Sahib Qurbanovun epizodu üzrə dindirilib.

 

O, zərərçəkmiş S.Qurbanovu tanımadığını və onu həbs edilən zaman görmədiyini deyib.

 

 Daha sonra sualları cavablandıran keçmiş rəis qeyd edib ki, zərərçəkmiş S.Qurbanov saxlanılaraq, MTN-in Binəqədi Rayon Şöbəsinə gətirilib:

 

 

"MTN Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bizə məlumat verdi ki, Azərbaycana qaçaq mal daxil olub. Biz də bunun əsasında həmin şəxsi saxladıq".

 

Daha sonra şahid R.Səfərov zərərçəkmiş S.Qurbanova "moşennik" deyib.

 

S.Qurbanov isə bildirib ki, ""moşennik"əmsə sübuta yetir, pulumu alanda yaxşı idi?"

 

Hakim hər iki tərəfi sakitləşdirib.

 

R.Səfərov isə qeyd edib ki, pulu Heydər Rüstəmov alıb.

 

Qeyd edək ki, Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

# 94
avatar

Səlcuq Elçin

Oxşar yazılar