<b>Son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb -</b> <span style="color:red;">DTX rəisi
03 mart 2017 11:37 (UTC +04:00)

Son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından çıxarılıb - DTX rəisi

“Azərbaycanın 900-dək vətəndaşı radikal təşkilatların təsiri altında Suriya və İraqda terrorçulara qoşulub”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusuna keçirilən konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, onlardan çoxu döyüşlər zamanı öldürülüb.

 

M. Quliyev qeyd edib ki, onlardan 84 nəfər şəxs cinayət məsuliyyətinə cəlb  olunub, son bir ildə 54 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 96
avatar

APA Baycan

Oxşar yazılar