DİN-dən müğənni ilə bağlı açıqlama: <span style="color:red;">"Polisə təklif edib ki...”
09 fevral 2015 13:36 (UTC +04:00)

DİN-dən müğənni ilə bağlı açıqlama: "Polisə təklif edib ki...”

Əxlaqsız yuva təşkil etməkdə ittiham olunan müğənni Maral Tahirqızı polis əməkdaşlarının ondan rüşvət istəməsi ilə bağlı səsləndirdiyi ittihamlara DİN-dən reaksiya gəlib. Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, müğənninin iddiaları böhtan xarakteri daşıyır: “Maral Tahirqızı törətdiyi cinayətdən utanmaq əvəzinə, özünün mənəviyyatdan, əxlaqdan kənar hərəkətlərini ifşa edən polis əməkdaşlarına böhtan atmasının özü də bir cinayətdir. O, ötən ilin mayın 3-də ifşa olunub. Əgər ondan kimsə pul istəmişdisə, niyə bu vaxt ərzində aidiyyatı dövlət qurumların şikayət etməyib? Ona görə ki, Maral Tahirqızının polis orqanlarında qanunsuz təkliflərinin rədd edildiyini, qanuni olaraq istintaq aparıldığını görür. Artıq iş də məhkəməyə göndərilib. İndi Maraq Tahirqızı qisas almaq və gündəmdə qalmaq üçün onu ifşa edən polis əməkdaşlarına böhtan atır.

Onun müstəntiqlərin ona təzyiq etməsinə görə dəyişdirilməsi haqda iddiaları da tamamilə yalandır və böhtan xarakteri daşıyır”.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham olunan M.Tahirqızı İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşının ondan 10 min manat, Xətai Rayon Polis İdarəsi əməkdaşının isə 3 min manat rüşvət istədiyini deyib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 115
avatar

Oxşar yazılar