Sərxoş sürücü “Range Rover”lə ağır qəza törətdi: <span style="color:red;">ÖLƏN VAR - FOTOLAR
04 iyun 2017 10:25 (UTC +04:00)

Sərxoş sürücü “Range Rover”lə ağır qəza törətdi: ÖLƏN VAR - FOTOLAR

Ötən gecə Gəncə şəhərinin Kəpəz rayonunda baş vermiş ağır yol qəzasının təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Üzeyir Hacıbəyli küçəsində 1957-ci il təvəllüdlü Vəliyev Mayis İsa oğlunu vurub öldürən "Range Rover" markalı, 20 BZ 051 dövlət nömrə nişanlı avtomobili idarə edən 1987-ci il təvəllüdlü Mirzəyev Elşad Vidadi oğlunun sərxoş olduğu üzə çıxıb. İlkin araşdırma zamanı məlum olub ki, 30 yaşlı sürücü orta dərəcəli sərxoş vəziyyətdə olub.
 
Maraqlı məqamlardan biri də odur ki, 60 yaşlı piyadanın həyatına son qoyan hadisənin piyada keçidinin bir neçə metrliyində baş verib.
 
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
 
xxxx
 
 
00:05
 
 
Gəncədə “Range Rover” markalı avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi müəyyənləşdirilib.  APA-nın qərb bürosunun verdiyi məlumata görə, o Gəncə şəhər sakini 1957-ci il təvəllüdlü Vəliyev Mayisdir.   
 
 
 
 
*****
 
 
23.28

 

Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Hərəkətdə olan “Range Rover” yolu keçən piyadanı vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

 

Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152

Oxşar yazılar