“Quli”nun dəstəsi Gürcüstanda yaxalandı
30 sentyabr 2013 10:14 (UTC +04:00)

“Quli”nun dəstəsi Gürcüstanda yaxalandı

 

Gürcüstanın azərbaycanlılar yaşayan Marnueli və Dumanisi rayonlarında xüsusi əməliyyat keçirilib.

 

Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 13 nəfər saxlanılıb. Həmin şəxslər Rusiya və Azərbaycanda yaşayan “qanuni oğrular”ın tapşırıqlarını yerinə yetirməkdə, ağır cinayətlər törətməkdə, qanunsuz pul dövriyyəsində şübhəli sayılırlar.

 

Saxlanılan şəxslərin evlərində aparılan axtarışlar zamanı Makarov tipli tapançalar, ov tüfəngləri və narkotik vasitələr aşkarlanıb. Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 8 nəfərdən ibarət qrup Rusiyadakı “qanuni oğru”lardan birinin tapşırığını yerinə yetirib, 5 nəfərdən ibarət ikinci qrupu isə “Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifov idarə edib. Nadir Səlifov hazırda Azərbaycanda həbsxanada məhbus həyatı yaşayır.

 

Cinayət işi açılıb, araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2866
avatar

Oxşar yazılar