“Bakı” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası Fransa “Lans”ının düşərgəsinə təlim-məşq toplantısına yollanıb. Lent.az-ın məlumatına görə, məşqlər “Lans” akademiyasının məşqçisi Herve Arsenin rəhbərliyi altında keçirilir.
Qapıçılara isə fransalı məşqçi Jan Pyer Lurisella ayrıca məşq keçir. “Bakı”nın bugünkü məşqini "Lans"ın prezidenti Jerve Martel izləyib. Məşqdən sonra o, futbolçularla görüşüb və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, “Lans”ın sahibi “Bakı”nın prezidenti Hafiz Məmmədovdur.