Bakıda özünü  körpüdən atmaq istəyən şəxs xilas edildi - <span style="color:red;">YENİLƏNİB-1
04 oktyabr 2014 01:45 (UTC +04:00)

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edildi - YENİLƏNİB-1

Bakı. Fərahim Qasımov -APA. Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar edəcəyini deyən şəxs xilas edilib.

 

APA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları, psixoloqlar, həmçinin polis gəlib.

 

FHN əməkdaşlarının həmin şəxslə apardıqları söhbət nəticəsində o, fikrindən daşınıb. O, xüsusi kran vasitəsi ilə təhlükəsiz şəraitdə körpüdən endirilib.

 

 

İntihara cəhd edən şəxsin Bərdə rayon sakini, 1986-cı il təvəllüdlü Abbasov İlkin Yelmar oğlu olduğu, Bakıda marşrut avtobuslardan birində sürücü işlədiyi bəlli olub.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

***  

01:30

“Koroğlu” metro stansiyasının yanındakı körpüyə daha bir nəfər çıxıb. Körpüyə çıxan şəxs intihar edəcəyini deyir.

 

 

Lent.az-ın xəbərinə görə, bu barədə bir neçə nəfər  “facebook” sosial şəbəkəsində  yazıb.

 

Körpüdə intihar edəcəyini deyən şəxsin kimliyi və etiraz səbəbi barədə heç bir məlumat yoxdur.  

 

Qeyd edək ki, indiyə qədər daha bir neçə nəfər körpüdən intihar edəcəyini desə də, xilasedicilər onları fikrindən daşındıra biliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3390
avatar

Oxşar yazılar