“ELS”  “exit-poll”la bağlı müqavilə imzalayıb
28 oktyabr 2015 11:45 (UTC +04:00)

“ELS” “exit-poll”la bağlı müqavilə imzalayıb

0

Bu gün Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərdə “exit-poll” keçirəcək “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova mətbuat konfransı keçirib. 

 

APA-nın məlumatına görə, İ. Yaqubova “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin 
seçkilərdə “exit-poll” keçirmək üzrə ixtisaslaşdığını, 2008-ci ildən başlayaraq, bütün seçkilərdə “exit-poll” keçirdiyini bildirib. 
 
İ. Yaqubova Milli Məclisə seçkilərlə əlaqədar noyabrın 1-də 118  seçki dairəsi üzrə 1180 seçki məntəqəsində “exit-poll” keçirəcəklərini açıqlayıb: “Naxçıvan Muxtar Respublikası istisna olmaqla “exit-poll” Azərbaycanın bütün rayonlarını əhatə edəcək”.
 
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri bildirib ki, hazırda “exit-poll” keçirəcək kadrların təlimləri başa çatıb və bu gündən etibarən rayonlara müvafiq sənədlərin və ləvazimatların göndərilməsi başlayacaq. Milli Məclisə seçkilərlə əlaqədar “exit-poll”un keçirilməsinə 2600-ə qədər kadr cəlb olunacaq. Kadrlar könüllülük prinsipləri ilə fəaliyyət göstərir. İ. Yaqubova seçki günü keçiriləcək “exit-poll”la bağlı prosedurlar barədə məlumat verib. “Exit-poll”un nəticələri saat 20:00-a qədər açıqlanacaq.  
 
 

“Exit-poll” “Trend” İnformasiya Agentliyinin maliyyə və informasiya dəstəyi ilə keçiriləcək. Bununla bağlı “ELS” Müstəqil Araşdırmalar Mərkəzi ilə “Trend” İnformasiya agentliyi arasında müqavilə imzalanıb və “exit-poll”un təşkili üçün 33 min manat ayrılıb. 
  
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının oktyabrın 1-də keçirilən iclasında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Milli Məclisə noyabrın 1-də təyin edilmiş seçkilərdə “exit-poll” keçirilməsi ilə bağlı müraciətinə baxılıb və müraciətlə bağlı müsbət qərar qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 201

Oxşar yazılar