“Azəryolservis”-in mütəxəssisi döyüldü
20 sentyabr 2015 00:27 (UTC +04:00)

“Azəryolservis”-in mütəxəssisi döyüldü

0

“Azəryolservis” ASC-nin “85 saylı Yol İstismarı” MMC-nin aparıcı mütəxəssisi sürücü tərəfindən döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə sentyabrın 19-da axşam saatlarında Daşkəsən rayonu Quşçu kəndi ərazisində qeydə alınıb. Qurumun mütəxəssisi, Gəncə şəhər sakini, 1962-ci il təvəllüdlü Fəxrəddin Zülfüqar oğlu Mikayılov tanıdığı sürücü tərəfindən döyülüb. F. Mikayılov ağır kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 467

Oxşar yazılar