Azərbaycan ordusu “Buk-MB” ZRK-dən sınaq atışları həyata keçirib
30 sentyabr 2015 18:40 (UTC +04:00)

Azərbaycan ordusu “Buk-MB” ZRK-dən sınaq atışları həyata keçirib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının silahlanmasına daxil olunan növbəti “Buk-MB” zenit-raket divizionunun komplekslərindən döyüş-sınaq atışları icra edilib.

 

Lent.az-ın nazirliyinin saytına istinadən məlumatına görə, atışlarda Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Mütəxəssislər tərəfindən zenit-raket kompleksinin döyüş düzülüşü, tərkibi, təyinatı, taktiki-texniki xüsusiyyətləri, məhv etmə zonası, digər parametrləri, eləcə də döyüş atışlarının keçirilməsinə ayrılmış güc və vasitələr, şəxsi heyət barədə məlumat verilib.

Sonra praktiki atışlar yerinə yetirilib. Şərti düşmənin intensiv radioelektron və atəş təsiri şəraitində balistik raketləri, alçaqdan uçan və aerodinamik hədəfləri imitasiya edən “Saman” tipli hədəflərin aşkarlanması, avtomatik izlənməyə götürülməsi, qərar qəbul edilməsi, onlara qarşı atəş açılması və idarə olunan zenit raketləri ilə hədəfin məhv edilməsi tapşırıqları həyata keçirilib.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar hava hücumundan müdafiə qoşunları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.

# 93
avatar

Oxşar yazılar

Mahir Əzimov həbsdə öldü

Mahir Əzimov həbsdə öldü

29 fevral 2024 , 16:00
Bakı sakini evində diri-diri yandı

Bakı sakini evində diri-diri yandı

29 fevral 2024 , 15:42
Binadan yıxılan qız təcili yardım gəlmədiyi üçün öldü

Binadan yıxılan qız təcili yardım gəlmədiyi üçün öldü

29 fevral 2024 , 14:21
Kişi ad günündə  ilbiz yeyib öldü

Kişi ad günündə ilbiz yeyib öldü

29 fevral 2024 , 13:00
Vilayət Eyvazov onu rəis təyin etdi

Vilayət Eyvazov onu rəis təyin etdi

29 fevral 2024 , 12:42
Səfərbərlik Xidmətinin 136 əməkdaşı korrupsiyaya görə  cəzalandırıldı

Səfərbərlik Xidmətinin 136 əməkdaşı korrupsiyaya görə cəzalandırıldı

29 fevral 2024 , 12:23
Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ

Azərbaycanda rüşvət alan sabiq məmur HƏBS EDİLDİ

29 fevral 2024 , 11:54
Bakı metrosunda cibgirlik edən saxlanıldı

Bakı metrosunda cibgirlik edən saxlanıldı

29 fevral 2024 , 11:51