Piyadanı vuran sürücü hadisə yerindən qaçdı
02 iyul 2019 16:54 (UTC +04:00)

Piyadanı vuran sürücü hadisə yerindən qaçdı

0
Xətai rayonunun Nobel prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 1-də saat 23 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini R.Əzizov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Azər İsayevi vurub hadisə yerini tərk edib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb..
 
37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən R.Əzizov saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 653

Oxşar yazılar